Qaydalar və şərtlər


#fikirium ona üzv olan professionalların öz sahələri üzrə yenilikləri müzakirə etmələri, iş tapmaları, bir yerdə işləmələri və öz gördükləri işlər barədə digərlərindən məsləhət almaları üçün yaradılmış, qapalı Slack icmasıdır.

İcmanın ona üzv olan hərkəs üçün faydalı və rahat yer olması üçün özünə məxsus qaydalar və şərtləri vardır. İcmaya üzv olan hər-kəs avtomatik bu qaydalar və şərtlərlə razılaşmış hesab olunacaq:

1. Hörmət - bütün üzvlər aktiv şəkildə digərləri ilə sağlam müzakirə aparmalı, müzakirə zamanı bir-birinin fikirlərinə hörmətlə yanaşmalı, heç bir təhqirə yol verməməlidir.

2. Təqdimat - yeni qoşulan bütün üzvlər özlərini təqdim etməli, eyni zamanda köhnə üzvlər də özləri barədə yeni üzvlərə məlumat verməlidirlər.

3. Reklam - heç bir halda heç-bir üzv hər hansı saytın, sosial şəbəkə hesabının və digər hər hansı bir məhsulun reklamını aparmamalıdır.

4. Gerçəklik - icmaya dəvət alan bütün üzvlər qeydiyyat zamanı öz real adlarından və şəkillərindən istifadə etməlidirlər.

5. Üzvlük - yeni üzvlər saytın "Qoşul" bölməsindəki müraciət anketini doldurduqdan sonra qrupa dəvət almaqla qeydiyyatdan keçə bilər. Əgər köhnə üzvlərdən kimsə tanıdığı bir adamın üzv olunmasını istəyirsə, həmin adama müraciət anketini doldurmağı təqdim etməlidir.

6. Riayət - Əgər hər hansı bir üzv qaydalar və şərtlərə əməl etməzsə, pozuntunun ciddiliyindən asılı olaraq adminlər tərəfindən xəbərdarlıq ala və ya icmadan tamamilə uzaqlaşdırıla bilər.